
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da rayon ərazisindəki apteklərdən birindən 1050 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.
Bundan başqa oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun ətrafında Sabunçu Rayon Polis İdarəsini 15-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral ayında Pirşağı qəsəbəsi ərazisindəki evlərdən birindən məişət əşyaları, su mühərriki və 150 metr elektrik naqili oğurlaması da müəyyən edilib.
Eyni zamanda Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsinin əməkdaşları tərəfindən aprelin 1-də Zərgərpalan küçəsində yerləşən kafelərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Musayev tutulub.
Anar
Gununsesi.info