
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.
Bundan başqa Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birinin su sayğacını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Yusif Şahbazov və əvvəllər məhkum olunmuş Mehman Əliyev tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların daha 12 mənzilin girişindən su sayğacları oğurlamaları da müəyyən edilib.
Eyni zamanda Yasamal Rayon Polis İdatəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki apteklərdən birində satıcını bıçaqla hədələyərək quldurluq yoli ilə oradan 600 manat pul və 150 manat dəyərində dərman preparatları aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub.
Anar
Gununsesi.info