Oğurluqda şübhəli bilinən şəxslər tutulub

  • By admin
  • 15 Fevral 2017 12:33

qandal-qolda

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon Telekommunikasiya Qovşağına məxsus 2 ədəd rabitə dirəyini və 118 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Tövlə kənd sakini Ərzuman Kərimov saxlanılıb.

Bundan başqa Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon sakini Qabil Ağayevə məxsus qarajdan 5500 manat dəyərində elektrik avadanlıqları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini Nadir Məmmədov tutulub.

Eyni zamanda Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 7.000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amil Əhmədov tutulub.

Anar
Gununsesi.info