
Bakı şəhərində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info-nun DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən noyabrın 18-də Bakı şəhər sakini olan bir nəfərin 620 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Qafil Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info










