
Azərbaycanda bir neçə oğurluq hadisəsinin üstü açılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 13-də şəhər ərazisindəki evlərdən birindən noutbuk və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Məzahir Alıyev tutulub.
Bundan başqa, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki mağazalardan birindən 80 manat pul, danışıq kartları, spirtli içki və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmşid Hacıyev tutulub.
Anar
Gununsesi.info









