Oğurluqda və quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb

  • By admin
  • 01 Aprel 2017 12:29

qandal-qolda

Azərbaycanda oğurluqda və quldurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Həsənxan Salmanovun, arvadı Səməndərin və oğlu Bəxtiyarın əllərini yapışqanlı lentlə bağlayıb.

Baş nahiyələrinə küt alətlə xəsarət yetirməklə evdən quldurluq yolu ilə 2400 manat pul, 1000 manat dəyərində qızıl əşyalar və 2 mobil telefon aparmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Muxtarov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Bundan başq Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də rayon ərazisindəki mağazalardan birindən kombi aparatı və 3000 manat dəyərində elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Malik Qələmov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Anar
Gununsesi.info