Oğuz və Masallıda ağır qəza: Ölənlər var

  • By admin
  • 20 Mart 2021 18:03

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 19-da 4 radələrində Oğuz rayonunun Kərimli kəndi ərazisində Bakı şəhər sakini F.Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Ç.Tahirovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

HTML tutorial

Ötən gün 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində də piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası qeydə alınıb. Hələ ki müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İ.İsrafilov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Masallı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gununsesi.info