Oğuzda az yaşlı uşaq kanala düşərək ölüb

  • By ilhame
  • 12 İyul 2024 22:55

Mingəçevirdən Oğuza qonaq gedən iki yaşlı uşaq kanala düşərək ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qumlaq kəndində baş verib.

 

Belə ki, Mingəçevir şəhərindən babasıgilə qonaq gedən 2022-ci il təvəllüdlü A. Ə. həyətyanı ərazidən keçən kiçik həcmli kanala düşərək ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info