
Oğuz rayonunda bədbəxt hadisə baş verib.Gununsesi.info-nun Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabaldır kəndində qeydə alınıb. Kənd sakini, 1959-cu il təvəllüdlü Çimnaz Sədrəddin qızı Qafarova 10 min kVt-luq elektrik naqilinə toxunub. 57 yaşlı qadın hadisə yerində dünyasını dəyişib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Gununsesi.info