Oğuz rayonu, Qumlaq kəndində yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Oğuz rayonu, Qumlaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 147 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağında tüstü bacasının ətrafı 6 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 00:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info