
Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, rayonun Ərmənət kənd sakini, 1990-cı il təvəllüdlü Şahmar Adil oğlu Musayev idarə etdiyi “VAZ 21093” markalı 10 BU 046 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşını yolun kənarındakı ağaca çırpılıb.
Hadisə bu gün saat 15.00 radələrində rayonun Top kəndinə gedən yolda baş verib.
Qəza nəticəsində Ş. Musayev və onun sərnişi, həmkəndlisi, 1992-ci il təvəllüdlü Toğrul Sadəddin oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib.
Xəstəxanadan Gununsesi.info-ya bildirilib ki, Ş. Musayevin vəziyyəti ağır olduğundan ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
T. Əliyev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) göndərilib. Şəki MRX-dan bildirilib ki, o, ağır qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.
***
Məlumata görə, yol qəzası nəticəsində ağır qapalı kəllə-beyin travması diaqnozu və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən T. Əliyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan iki saat sonra ölüb.
Gununsesi.info