Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb

  • By ilhame
  • 04 Dekabr 2023 21:05

Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb.

 

Gununsesi.info-nun Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qumlaq kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Rəhman Bəxtiyar oğlu müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

 

Xatırladaq ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib.

 

Onun sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilib.

Gununsesi.info