Oğuzda kafedə qanlı dava, 34 yaşlı kişi bıçaqlandı

Oğuz rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info-nun məlumatına görə, rayon sakini, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.