Oğuzda meşədə ağacları kəsənlər barəsində tədbir görülüb

  • By ilhame
  • 15 Dekabr 2023 20:33

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sayta verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli

kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional

Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

 

Gununsesi.info