Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var

  • By ilhame
  • 27 Sentyabr 2023 22:55

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

Gununsesi.info-nun məlumatına görə, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info