Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

  • By admin
  • 19 Oktyabr 2022 09:52

 

Oğuzda şagirdin dərsdə ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb

Oğuz rayonunda 11-ci sinif şagirdinin dərsdə ölüm faktı ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Report.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 18-də rayonun Çaldaş kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Əzizova Zarema Əhməd qızı oxuduğu kənd orta məktəbində idman dərsində qəflətən ürək çatışmazlığından ölüb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info