Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

Oğuzda 16 yaşlı qız qaçırılıb.

Gununsesi.info xəbər verir ki, 3 nəfər Şəmkir sakini – Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

HTML tutorial

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info