Oğuz sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Gununsesi.info-nun məlumatına görə, şəhər ərazisində 1974-cü il təvəllüdlü Rəsul İsrail oğlu Rəsulov yıxılaraq başını asfalta çırpıb. Nəticədə ağır xəsarət alan 50 yaşlı R.Rəsulov Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, axşam saatlarında xəstəxanada ölüb.
Məlumata görə, R.Rəsulov spirtli içki aludəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info