Ohanyan Azərbaycanla sərhədə gəldi - FOTO

  • By Mina
  • 24 Aprel 2024 16:02

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan Azərbaycanla sərhədə gəlib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

O, fraksiyadan olan bir sıra digər deputatlarla birgə Kirantsın Tavuş kəndinə gəliblər.

 

Deputatlar ərazilərin delimitasiyasına qarşı etiraz aksiyasının iştirakçıları ilə görüşüblər.

 

Gununsesi.info