“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Super Liqada yeni rekorda imza atıb.
Gununsesi.info xəbər verir ki, 50 yaşlı mütəxəssis buna çempionatın 26-cı turunda “Ankaragücü” üzərində qələbəndən (3:0) sonra nail olub.
Okan Buruk Super Liqada bir komandanın “sükanı arxasında” 50 qələbəyə ən tez çatan baş məşqçi olub. O, “Qalatasaray”da 62-ci matçında bunu bacarıb.
Bundan əvvəlki rekord İstanbul klubunun sabiq çalışdırıcısı Fatih Terimə məxsus idi. 70 yaşlı məşqçi 50 qələbə üçün 70 matç gözləməli olmuşdu.
Gununsesi.info