Okeana düşən təyyarənin sərnişinlərinin xilas anı – FOTOLAR+VİDEO

  • By admin
  • 30 Yanvar 2020 10:09

Sosial şəbəkələrdə okeana düşən təyyarənin sərnişinlərinin möcüzəvi qurtuluşu barədə kadrlar yayımlanıb.

“Daily Mail”in məlumatına görə, yüngülmotorlu təyyarə Avstraliyanın şərq sahilində Freyzer adasının 100 metrliyində qəzaya uğrayıb.

Kadrlarda xilasetmə gödəkçələrində olan bir neçə nəfərin sahildə istirahət edən insanların köməyilə sudan çıxarıldığı görünür.

“Ümidvaram ki, təyyarədə onlardan başqa heç kim olmayıb. Əgər varsa, onda dəqiq həlak olublar”, – deyə videonun müəllifi şərh verib.

Sahildə onları tibb işçiləri gözləyib.

Dənizdə Təhlükəsizlik üzrə İdarənin nümayəndəsi bildirib ki, fəlakət siqnalı təyyarə düşməzdən əvvəl qəbul edilib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.

Xəbər oxu.az saytında dərc edilib.

 

 

 

 

 

Gununsesi.org