Yerli telekanalların birində Xalq artisti Aygün Kazımova Oksana ilə Fatimənin rəqqaslıq qabiliyyətləri barədə fikir bildirib.
Gununsesi.info xəbər verir ki, Xalq artisti ilk öncə Oksana ilə bərabər Fatiməylə də aralarında narazılığın olduğunu açıqlayıb:
“Vaxtilə Fatimə Fətəliyeva məndən incik idi. Aramızda müəyyən anlaşılmazlıq yaşanmışdı. Fatimə xalq rəqslərini çox gözəl oynayır, amma etiraf etmək lazımdır ki, hind rəqslərində Oksana ondan daha yaxşıdır. Bunu hamı deyə bilər, tək mən yox.”
Gununsesi.info