
Rəqqasə Oksana Rəsulovanın Hindistanda baş rolda çəkildiyi qısametrajlı film təqdim edilib.
Gununsesi.info-nun axşam.az-a istinadən verdiyi məlumata görə, “Girl on heels” (“Dikdabanlı qız”) adlı film dünən SONY Liv telekanalında yayımlanıb. Oksana filmdə gənc bir qızı aldadaraq biznesmənə satan qadını canlandırır.
Filmin baş rollarında Oksana ilə yanaşı, Luviena, Pulket Cavahar çəkiliblər.
Gununsesi.info