Oksana yeni evliliyindən danışıb

  • By admin
  • 27 İyun 2022 19:41

“Şəhriyarla evliliyimiz saxta deyil. Gerçək evliliyimiz və övladımız var”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Oksana Rəsulova “Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi həyat yoldaşı aparıcı Şəhriyar Əbilovla haqqında gəzib-dolaşan “Saxta evlilik”, “Bir yerdə yaşamırlar” iddiaları yalanlayıb:

”Biz birlikdə yaşayırıq”.

O.Rəsulova Ş.Əbilovla aralarında mübahisələr düşdüyünü də etiraf edib.

“Şəhriyarla aramızda oğlumuz Osmana görə mübahisələrimiz olur. Osmanımızın elə bir vaxtıdır ki, o, məndən yox, atasından çox şey götürür. Kiçik və ya xırda bir şeyi dərhal təkrar edir. Şəhriyara deyirəm ki, öz fikirlərinə, danışığına və hərəkətlərinə diqqət elə”.

Gununsüsi.info