Oktapod, gerçəkdən bir yadplanetlidirmi?

  • By admin
  • 01 İyun 2023 10:14

Şəhər əfsanələrinə çevrilən oktapodlarla bağlı bir çix iddialar ortaya atılıb.  Onun qəribə varlıq və kosmoslu (yadplanetli) olması kimi. Oktapodların kosmosdan gəlməsi fikri nə qədər doğru ola bilər?

Gununsesi.info xarici mətbuata istinadən maraqlı yazını sizə təqdim edir.

Bir çox elm adamları oktapodların bir yadplanetli ola biləcəyini iddia edilər. Bu iddia sıradankənar görünsə də, onlaırn beyinləri üzərində edilən araşdırmalar nəsil-köklərinin dünya çölündən gəlməsi dəlilləndirilməsə də, nə qədər fərqli canlılar olduğunu göstərməyə davam edir.

“Current Biology” dərgisində yayımlanan bir çalışmaya görə, oktapodların beyinləri elm adamlarının hələ də anlamadığı qarışıq siqnallar emal edir.

Onların beyin siqnalları texniki bir araşdırma ilə kəşf edilməyə başladı. Araşdırmaçılar, oktapodların beyin hərəkətlərini bu texniki üsulla 12 saatadək qeyd edə biliblər. Sınaq edilən bu üsul elmdə yeni cığırlar açacaq kimi…

“Chip”də yer alan xəbərdə çalışmanın baş yazarı Dr. Tama Qutnik beynin tam olaraq necə çalışdığını anlamaq istəyiriksə, “oktapodların çalışmaq üçün mükəmməl heyvanlar” olduğunu söyləyir. Qutnik etdiyi araşdırmada oktapodların yalnız böyük bir beynə sahib olmadığını, eləcə də bənzərsiz bədənləri və yüksək idraki bacarıqları olduğunu bildirirlər.

Qutnik bir oktapodun beyin işləyişini görüntüləmənin də asan bir iş olmadığını vurğulayır.

Oktapodların kəllə sümüyü olmadığına görə beyinləri qırılqan bir qığırdaq kapsulanın içində yerləşir. Bu kapsula beyin hərəkətlərini yaxalamaq üçün gərəkli elektrod implantlarının yerləşdirilməsini çətinləşdirir. Ayrıca, oktapodlar uzun qolları ilə bədənlərindən bir şeyləri asanda çıxara bildikləri üçün bunları vücudlarına bağlamaq mümkün deyil.

ELM ADAMLARI OKTAPODUN BEYNİNDƏN GƏLƏN SİQNALLARI NECƏ QEYD ETDİLƏR?

Araşdırmaçılar keçici bir həll tapmağa məcbur qaldılar. İlk olaraq, oktapoda bir data bilgi yazıcı və bəzi elektrodlar yerləşdirdilər.

Bu iş gözlərin arasında kiçik bir kəsik atılaraq və plastik bir karta tutdurulmuş olan cihazlar yerləşdirilərək edilib.

Araşdırmaçılar bunu edərək oktapodlarını beyin siqnallarını dəqiq ala biliblər. Ancaq bunları hələ “deşifrə” edə bilmədilər. Bəzi dalğalar məməli beyin hərəkətinə, hətta bir az da insan beyninə bənzəyir. Digərlərinin isə daha yad, daha uzunmüddətli və gözləniləndən daha yavaş ifrazları var.

Eləcə də, beyin dalğaları oktapodun davranışlarına da heç bir şəkildə uymur, görünüşcə. Oktapodun hərəkətləri, vəzifələri və digər davranışları araşdırmaçıların topladığı dalğalarla birbaşa bir bağlılıq təmin etmir. Bu da bu qəribə yaradılmışlar haqqında daha çox sual ortaya çıxarır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info