Oktyabra qaldı - Türkiyə ilə AB arasında viza anlaşması

  • By admin
  • 01 Avqust 2016 11:13

turkiye

 

Türkiyə ilə Avropa Birliyi (AB) arasında viza rejiminin aradan qaldrılması oktyabr ayına qaldı. Türk vətəndaşlarına Avropa ölkələrinə vizasız səfərlərlə bağlı danışıqlar təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mölud Çavuşoğlu Almaniyanın “Allgemeine Zeitung” qəzetinə açıqlamasında deyib.

Nazir deyib ki, Türk vətəndaşlarına Avropa Birliyi ölkələrinə viza rejiminin aradana qaldırılması ilə bağlı aparılan danışıqlara Oktyabr ayınadək ara verilib. Nazir əlavə edib ki, əgər viza rejimi aradan qaldırılmazsa, o zaman 18 martda AB ilə imzalanan danışıqlardan geri çəkilmək zorunda qalacağıq.

M.Çavuşoğlu deyib ki, Türkiyə hökuməti viza rejiminin ləğvi ilə bağlı AB-dən konkret vaxt gözləyir: “Bu Oktyabr ayının əvvəli və ya da ortası ola bilər”.

Gununsesi.info