Oktyabrın ortalarında Gürcüstanda yoxa çıxan rusiyalı fəal Rəfail Şepelev Nijni Taqildəki istintaq təcridxanasındadır. O, terror təşkilatının fəaliyyətində iştirakda və terrora haqq qazandırmaqda ittiham olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Birinci bölmə” insan haqları layihəsi məlumat yayıb.
Oktyabrın 12-də Şepelev Tiflisdəki evindən çıxaraq itkin düşüb. Onun şəxsi əşyaları evdə qalıb. Şepelevin tərəfdaşları onun 2021-ci ilin sentyabrından Gürcüstanda yaşadığını və Rusiyaya qayıtmaq niyyətində olmadığını bildiriblər.
Hüquq müdafiəçiləri bildirib ki, Şepelev Sxinvali bölgəsinə keçirilmək aldadılıb və orada saxlanılıb. Bundan sonra fəal xırda xuliqanlıq maddəsi ilə inzibati həbslə Vladiqafqaza göndərilib. Şepelev müvəqqəti saxlama təcridxanasında olarkən ona qarşı terror maddəsi ilə cinayət işi açılıb.
Şepelev həbs edildikdən sonra Nijni Taqildəki istintaq təcridxanasına köçürülüb. Hüquq müdafiəçiləri əlavə ediblər ki, mərhələ bir ay yarım davam edib.
Rafail Şepelev Yekaterinburqdandır, Artpodqotovka hərəkatının fəalıdır. Rusiyada dəfələrlə etiraz aksiyalarında saxlanılıb.
“Birinci bölmə” layihəsi qeyd edir ki, cinayət işi üzrə həbs edilməzdən əvvəl uydurma bəhanə ilə inzibati həbs Rusiyada adi bir təcrübədir.
Bu yaxınlarda analoji hadisə Qırğızıstanda da baş verib. Fəal Lev Skoryakinlə əlaqə kəsilib və iki həftə sonra o, Moskva istintaq təcridxanasında tapılın. Vəkillərinin sözlərinə görə, ona orada işgəncə verilib. Rusiyada Skoryakin 2021-ci ilin dekabrında Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FSB) binası yaxınlığında keçirdiyi aksiyasına görə onu xuliqanlıq ittihamı ilə 7 il həbs cəzası gözləyir.
Gununsesi.info