Oktyabrın 7-dən Qəzzada 35 jurnalist öldürülüb

  • By admin
  • 30 Oktyabr 2023 11:27

Oktyabrın 7-dən bəri İsrailin intensiv bombardmanları və blokadada olan Qəzza zolağına hücumları nəticəsində 35 jurnalist həlak olub.

Gununsesi.info xəbər verir ki, Fələstin hökumətinin Qəzzadakı media ofisi İsrailin 24 gündür intensiv hücumuna məruz qaldığı Qəzza zolağında öldürülən jurnalistlərin adlarını açıqlayıb.

Məlumata görə, indiyədək hücumlarda 35 fələstinli jurnalist həlak olub.

Bir çox jurnalistlər yaxınlarını itirib.

Livanlı jurnalist İsrail-Livan sərhədində baş verən qarşıdurma zamanı İsrailin açdığı atəş nəticəsində həlak olub.

Gununsesi.info