
38 yaşlı Kasey Kinq 2019-cu ildə bir televiziya kanalında yayımlanan proqramda ağır çəkili halından dərd etmişdi. Qidalanmaqdan böyük zövq aldığını deyən Kaset eyni il mədə əməliyyatı olur. Bu sayədə 270 kq. çəki itirir. Gənc adamın indiki halını görənlər onu tanımaqda çətinlik çəkir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həyatı tamamı ilə dəyişən Kasey kiloluykən çətinliklərini və zəifləmə dönəmini açdığı sosial media hesabında izləyiciləri ilə paylaşıb.
“TLC” Telekannalında yayımlanan “Family By the Ton” adlı proqrama qatılan gənc adam normal bir gününü bu cür anladıb.
“Saat 12:00 radələrində oyanıram. Dərhal yeyəcəyim bir şeylər tapıram. Bütün günü yemək yeyir, televizor izləyir və kompüter oynayıraam. Yemək yeməyi çox sevirəm. Ölənədək yemək yeyəcəm”.
Kök olarkən yaşadığı problemlərdən danışan Kasey vanna qəbul etmək də daxil olmaqla, günlük fəaliyyətlərinin çətin olduğunu söyləyib.



Onu daha sağlam bir dieta üçün təşviq etdi. Beləcə, nəhəng bədənini hərəkət etdirməsinə yol açdı. iylənmə əməliyyatı keçirməzdən öncə həkimlərin dediyi çəkiyə doğru arıqladı.
4 il içində yerinə yetirdiyi pəhriz və sonrasında həyatına gətirdiyi idmanlarla tam 270 kq. çəki itirib.



Tərcümə: Arzu