Ölən pilotun həyat yoldaşı: Çavuşoğlu ilə görüşəcəm

  • By admin
  • 04 Noyabr 2016 12:30

cavuska

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçən ilin noyabr ayında Rusiyaya aid Su-24 tipi qırıcı təyyarənin vurulması nəticəsində dünyasını dəyişən rus pilot Oleq Peşkovun həyat yoldaşı Yelena Peşkova Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib.
Peşkova “Rossiya – 24” adlı rus telekanalına verdiyi açıqlamasında Çavuşoğlu ilə görüşəcəyini və rəsmi üzrü qəbul edəcəyini ifadə edib:
“Ailəmizin yaşadığı çox ağrılı zamanlara baxmayaraq, Çavuşoğlu ilə baş tutacaq görüşməyə qatılmaq üçün Moskvaya gedəcəyik”.
Həmçinin,  nazir öncəki gün rus telekanalına verdiyi reportajda pilotun həyat yoldaşı üçün də uyğun olarsa,  öz həyat yoldaşı ilə birlikdə onu ziyarət etmək və dərdinə şərik olmaq istədiyini qeyd edib.

Nigar Cəfərli
Gununsesi.info