Ölənlərin sayı 9 mini keçib - “Reuters” agentliyi

Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı durmadan artır.

Gununsesi.info-nun “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, dağıntılar altından 9 mindən artıq insanın meyiti çıxarılıb.

HTML tutorial

Agentlik yazır:
Ölənlərin sayı artmaqda davam edir – indi bu rəqəm 9000-dən çoxdur.
Bu səhər ölənlərin sayı ilə bağlı bir sıra yeniliklər əldə etmişik və indicə ölənlərin ümumi sayının 9,000-i keçdiyini eşitmişik.

Ancaq ölkənin Təbii Fəlakət Agentliyinin məlumatına görə, Türkiyədə həlak olanların sayı 6957 nəfərə çatıb.

Suriyada isə rəqəmi dəqiqləşdirmək çətindir, lakin onun dövlət mediası və xilasetmə qrupu təxminən 2500 nəfərin öldüyünü bildirir.

Tərcümə:
Afət Abbasova