Ölənlərin sayı artır –  Londonda yanğın faciəsi

  • By admin
  • 15 İyun 2017 19:30

1497532688-3216

 

Xəbər verdiyimiz kimi İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli “Grenfell Tower” binasında güclü yanğın baş verib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğında 12 nəfər ölmüş, 68 nəfər isə yaralanmışdı.

Vəziyyəti ağır olan 18 nəfərdən daha 5 nəfəri isə bu gün ölüb. Beləliklə, yanğın faciəsində ölənlərin sayı 17-yə çatıb.

Tibb işçiləri bəzi cəsədlərin tanınmaz halda olduğunu və onların kimliyinin dəqiqləşdirilməsinin günlər, hətta həftələrlə çəkə biləcəyini söyləyiblər.

Evi yanan 44 ailə müvəqqəti sığınacaqlara yerləşdirilib.

 

Gununsesi.info