Ölən hamilə qadın DSX-nin ilk xanım pilotu imiş…

  • By admin
  • 31 Avqust 2016 17:45

hamila

Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib.

Gununsesi.info Femida.az-a istinadən xəbər verir ki, xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub. 1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.

Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə meyitin beynində qansızma əlamətləri müşahidə olunub. Bunun nə ilə bağlı olduğu dəqiqləşdiriləcək. Ölümün zəhərlənmə ilə bağlı olma ehtimalı çox azdır. Dəqiq ölüm səbəbi bütün laborator müayinələr aparıldıqdan sonra bəlli olacaq.

Dilarə Babayevanın hazırda Sumqayıtda dəfni həyata keçirilir.

Gununsesi.info