
Almaniyanın Baş naziri Olaf Şolz müsəlmanlar əleyhinə davranışla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, irqçiliyə qarşı çağırış edən Şolz 1 iyul – Müsəlmanlıq Əleyhinə İrqçiliklə Mübarizə Günü çərçivəsində etdiyi çıxışında “Müsəlmanlıq əleyhinə nifrətə yer verilməməlidir”, deyə vurğulayıb.
“Twitter” hesabından yazı paylaşan Baş nazir bu həqiqətin öhdəsindən birlikdə gəlinməli olduğunu bildirib.
Almaniyanın Daxili İşlər Naziri Nancy Faeser isə, 5,5 milyon müsəlmanın gündəlik həyatda ayrı-seçkilik və yadlaşdırma siyasəti yaşadığını bildirib.
Tərcümə: Arzu