“Bu ölkədə 2000-ci ildən indi FETÖ adlandırılan, bizim isə “nurçu”, “gülənçi” dediyimiz cəsus şəbəkəsiylə açıq mübarizə aparan, onların dövlətçiliyimiz üçün nə qədər təhlükəli olduğunu deyən və yazan azsaylı yazarlardan biriyəm. Hər addımda yolumuzu kəsdilər, küncə sıxmağa çalışdılar, amma bacarmadılar. Nə mükafatlarını qəbul etdik, nə də təhdidlərindən çəkindik”.
Gununsesi.info xəbər verir ki, bunu BAXCP rəsmisi Elçin Mirzəbəyli yazıb.
“Azərbaycan dövlətinin mənafeyini düşünən, bu cəsus şəbəkəsinin neytrallaşmasında əhəmiyyətli rol oynayan qətiyyətli insanların, dövlət ərlərinin dəstəyi sayəsində ayaq üstə durmağı bacardıq…İndi prosesləri kənardan izləməyə çalışıram. FETÖ-çülərlə öz mənfəətləri naminə işbirliyində olanlar, onların şəbəkələrindən çoxsaylı maraqlarını təmin etmək üçün yararlananlar elə dil-dil ötürlər ki, sanki geridə buraxdıqları izləri bilgisayarın “delete” düyməsinə basaraq həmişəlik siliblər”-deyən E. Mirzəbəylinin sözlərinəgörə, elə bil FETÖ-çülərlə bağlı hər araşdırmadan sonra xahiş-minnət, təhdid ötürücüsü funksiyasını yerinə yetirən bunlar olmayıblar.
“Heç olmasa olan-qalan abrınıza qısılıb susun…”-deyə, o, sonra qeyd edib.
Gununsesi.info