Donald Trampın ABŞ-ın prezident seşilməsi Rusiya prezidenti Vladimir Putin üçün gözəl bir “hədiyyə”olacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt deyib. “Noyabrda Trampın prezident seçilməsi sözün əsl mənasında Vladimir Putin üçün yaxşı bir hədiyyə olardı. Biz bu yaxınlarda Rusiyanın ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı hərəkətləri barədə bəzi məlumatları əldə edəndə, bəlli oldu ki, Putin seçkilərdə Trampı qalib görmək istəyir. Bu, hər bir amerikalını narahat etməlidir”- deyə, M. Olbrayt Demokratların qurultayında çıxışı zamanı vurğulayıb. M.Olbarayt onu da əlavə edib ki, xeyli sayda insanın fikrincə, əgər Donald Tramp prezident seçilərsə, o zaman milli maraqlarımıza çox böyük ziyan vurmuş olacaq. “Artıq o seçkilərdə iştirakı ilə yetərincə milli maraqlarımıza ziyan vurdu”- deyə, o qeyd edib. Olbrayt əlavə edib ki, Tramp ABŞ-ın terrorizmlə mübarizəsini heçə endirdi, müsəlman tərəfdaşlarımızla münasibətlərimizə ziyan vurdu.
Gununsesi.info