Öldürülən jurnalistlərin sayı 112-yə çatdı

  • By admin
  • 09 Yanvar 2024 08:48

Qəzza zolağı hökuməti İsrailin Qəzzaya hücumları nəticəsində daha 2 jurnalistin öldüyünü açıqlayıb.

Gununsesi.info xəbər verir ki, hökumətin Qəzzadakı media bürosundan verilən açıqlamada fələstinli jurnalistlər Abdulla Beris və Məhəmməd Əbu Dayirin İsrailin bombardmanı nəticəsində həyatını itirdiyi bildirilib.

Jurnalistlərin harada öldürüldüyü barədə məlumat paylaşılmayıb.

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölən jurnalistlərin sayının 112-yə yüksəldiyi bildirilib.

“Anadolu” agentliyinin operatoru Müntəsir əs-Səvvaf Qəzzada vəzifə yerinə yetirərkən İsrailin hava hücumu nəticəsində həlak olub.

Gununsesi.info