Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən bəri blokadada olan Qəzza zolağında 38 media əməkdaşıhəlak olub.
Gununsesi.info bildirir ki, bu barədə Fələstin Jurnalistlər Birliyinin Facebook səhifəsində məlumat verilib.
Qeyd olunur ki, 25 fələstinli jurnalist və 13 mətbuat əməkdaşı İsrailin Qəzza zolağına hücumlarının qurbanı olub.
Bundan başqa, azı 35 jurnalistin evi atəşə tutulub və onlarla yaxınını itirib.
Birliyin hesabatında qeyd olunur ki, həyat yoldaşı və uşaqlarını itirən “Əl-Cəzirə” telekanalının əməkdaşı Vail Dahduhun evinin bombalanması təsadüfi olmayıb.
Birlik, İsrailin fələstinli jurnalistləri hədəfə alma kimi sistemli siyasət yürütdüyünü qeyd edərək, 2000-ci ildən bəri İsrailin hücumlarında 55 jurnalistin öldürüldüyünü bildirib.
Gununsesi.info