Öldürülən baş nazirin dişi 61 il sonra ailəsinə verilib

  • By admin
  • 21 İyun 2022 00:34

Konqo Demokratik Respublikasının müstəqillik mübarizəsinin lideri və ilk baş naziri olan Patris Lumumbanın cəsədinin yeganə qalığı olan diş öldürülməsindən 61 il sonra ailəsinə təhvil verilib.

Gununsesi.info bu barədə BBC-yə istinadən bildirir.

Xatırladaq ki, 1960-cı ildə baş nazir seçildikdən qısa müddət sonra Lumumba, Belçika və ABŞ-ın dəstəklədiyi general Cozef Mobutunun çevrilişi nəticəsində devrilibvə cəsədi sulfat turşusunda həll edilərək məhv edilib.

Gerard Soete adlı Belçikalı keçmiş əsgər 2000-ci ildə qatıldığı bir televiziya proqramında Lumumbanı öldürən gülləni və qalan iki dişi gizlətdiyini və kameralar qarşısında göstərdiyini bildirmişdi.

“Məzarsız Qəhrəman” kimi tanınan Lumumbanın dişi Brüsseldəki Eqmont sarayında keçirilən mərasimdə ailəsinə təhvil verilib.

Mərasimdə Belçika Kralı Filip və Konqo Prezidenti Feliks Tşisekedi və Belçikanın Baş naziri Aleksandr De Kroo da iştirak ediblər.

 

Afət Abbasova

Gununsesi.info