
Ukraynanın Rusiya Qara Dəniz Donanmasının qərargahına hücumda öldürüldüyü iddia etdiyi donanma komandanı Viktor Sokolov Rusiya Müdafiə Nazirliyinin iclasında görüntülənib.
Gununsesi.info xəbər verir ki, Ukraynanın öldürdüyünü iddia etdiyi komandir Rusiya Müdafiə Nazirliyinin iclasında görüntülənib.
Ötən həftənin cümə günü Rusiyanın Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu nəticəsində Ukraynanın öldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolov Rusiya Müdafiə Nazirliyinin onlayn iclasında iştirak edib. Rusiya Müdafiə Nazirliyinin paylaşdığı görüntülərdə Rusiya müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçirilən iclasda Sokolovun da olduğu görülüb.
Yayımlanan görüntülərə cavab olaraq Ukrayna xüsusi təyinatlıları Rusiyanın Sokolovun sağ olduğunu əsas gətirərək, görüntüləri yayımlamaq məcburiyyətində qaldığını bildirib və Sokolovla bağlı iddiaları müvafiq bölmələrin araşdırdığını bildirib.
Görüşün görüntüləri dünən paylaşılsa da, dəqiq nə vaxt keçirildiyi barədə dəqiq məlumat yoxdur.
Səid Əhmədli
Gununsesi.info