“Oleq Bakinski” Bakıda həbs edildi

  • By ilhame
  • 01 Avqust 2024 21:43

Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

 

Gununsesi.info xəbər verir ki, bu məlumatı DİN-in Mətbuat Xidmətidən  təsdiqləyiblər.

 

Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.

 

Qeyd edək ki, “Oleq Bakinski”nin həbs olunması barədə ilk məlumatı Azinform.az saytı yayıb.

Gununsesi.info