Oleq Krapivin Azad Rəhimovun ölümü ilə bağlı başsağlığı verdi

  • By admin
  • 02 May 2021 13:07

Tanınmış güləşçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, uzun müddət Ukraynada yaşayan və Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Gununsesi.info  xəbər verir ki, Krapivin nazirin vaxtsız ölümündən dərin kədərləndiyini bildirib.

O bildirib ki, Azərbaycan idmanına və dövlətinə böyük xidmətləri olan Azad Rəhimovun vəfatı böyük itkidir.

Krapivin Azad Rəhimovun ailəsinə səbr diləyib.

Gununsesi.info