Oleq Krapivin Pərviz Nəsibovla görüşdü

  • By admin
  • 14 Avqust 2021 18:25

Tanınmış güləşçi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edən veteranlar arasında dünya çempionu Oleq Krapivin Tokio-2020 Yay Olimpiya Oyunlarında Ukrayna yığmasının heyətində gümüş medal qazanan azərbaycanlı güləşçi Pərviz Nəsibovla görüşüb.

Gununsesi. info xəbər verir ki, Krapivin idmançını qazanılan uğur münasibətilə təbrik edib.

Oleq Krapivin Pərviz Nəsibovun çıxışını yüksək qiymətləndirdiyini və bunun böyük uğur olduğunu bildirib.

Qeyd edək ki, Pərviz Ağstafa rayonundan doğulub. Onun ailəsi Pərviz altı yaşında olarkən Ukraynaya köçüb.

Gununsesi. info