Olimpiadada kişilərdən ibarət əsas yığmamız ardıcıl 4 qələbə qazandı

  • By admin
  • 05 Sentyabr 2016 21:25

shahmat-5

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun görüşləri keçirilib.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız bu gün Rumıniya ilə üz-üzə gəlib. Təmsilçimiz bu turu da itkisiz başa vurub – 1:3.

İkinci millimiz isə görmə qabiliyyəti zəif olan şahmatçıların beynəlxalq komandasını (IBCA) məğlub edib – 0.5:3.5.

Üçüncü yığmamız digərlərindən fərqli olaraq Türkmənistana məğlub olub – 0.5:3.5.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşıb. Xanımlarımız bərabərliyə razılaşıb – 2:2. İkinci millimiz İtaliyaya qalib gəlib – 2.5:1.5. Üçüncü komandamız isə Braziliya ilə xalları yarı bölüb – 2:2.

Olimpiada-2016

IV tur

Kişilər

Rumıniya (2572) – Azərbaycan-1 (2705) – 1:3

IBCA (2275) – Azərbaycan-2 (2576) – 0.5:3.5

Azərbaycan-3 (2350) – Türkmənistan (2416) – 0.5:3.5

Turnir cədvəli: 1. Rusiya, 2. Azərbaycan-1, 3. Kuba, …11. Rumıniya – hamısı 6 xal, …33. Azərbaycan-2, …59. Azərbaycan-3,  …78. Türkmənistan, 79. IBCA – hamısı 4.

Qadınlar

Azərbaycan-1 (2320) – Rumıniya (2343) – 2:2

İtaliya (2270) – Azərbaycan-2 (2248) – 2.5:1.5

Azərbaycan-3 (2016) – Braziliya (2116) – 2:2

Turnir cədvəli: 1. Rusiya, 2. Fransa, 3. Hindistan, …11. Rumıniya, 12. Azərbaycan-1 – hamısı 6 xal, …15. İtaliya, …19. Azərbaycan-2 – hər ikisi 5, …33. Azərbaycan-3, … 44. Braziliya – hər ikisi 4.

Gununsesi.info