Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

  • By admin
  • 20 Fevral 2018 19:12


2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında səyyar məscidlərin hazırlanması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, yarışın təşkilatçıları səyyar məscidləri stadionlar və təlim mərkəzlərində hazırlamağı planlaşdırır.

Bunu Olimpiada üçün baza infrastrukturunu hazırlayan şirkətin rəhbəri Yaşuharo İnoe təklif edib:

“Namaz qılmaq müsəlmanlar üçün əsas şərtdir. Bu fikri təklif etməyimin əsas məqsədi müsəlmanların ibadəti üçün rahat şərait yaratmaqdır”.

İnoenin sözlərinə görə, məscidin ilk nümunəsi bu ilin sonunda hazır olacaq.

Gununsesi.info