Olimpiya çempionumuz Dünya Kubokundan niyə imtina etdi?

  • By admin
  • 15 Dekabr 2020 21:21

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionları – Şəriş Şərifov və Toğrul Əsgərovun Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yığmanın heyətində yer almamalarının səbəbi bəlli olub.

97 kq çəki dərəcəsində çıxış edən Şərifov öz istəyi ilə yarışda iştirakdan imtina edib. Onun yerinə gənc Şamil Zubairov Belqrada aparılıb.

Toğrul Əsgərov isə çəki problemi ilə üzləşib və bu səbəbdən Dünya Kubokuna qatılmayıb. 74 kq-a tam uyğunlaşmadığı üçün məşqçilər korpusu Əsgərovun iştirakını məsləhət görməyib.

79 kq-dakı Cəbrayıl Həsənov və 74 kq-dakı Hacımurad Hacıyev zədə səbəbindən siyahıda yer almayıblar.

Qeyd edək ki, Şərif Şərifov və Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Dünya Kubokuna dekabrın 18-də yekun vurulacaq. Azərbaycanı yarışda doqquz sərbəst güləşçi təmsil edir.

Xatırladaq ki, daha əvvəl titullu güləşçi Mariya Stadnik də yarışdan imtina edib.

 

Gununsesi.info