Olimpiya çempionumuz bürünc medal qazandı və komandamızın hesabındakı medalların sayı 14-ə çatdırdı – YENİLƏNİB

  • By admin
  • 20 Avqust 2016 01:50

sharif-1

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Gununsesi.info  xəbər verir ki, yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.

Güləşçimizin dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Yarımfinala gedən yolda güləşçimiz Polşa idmançısı Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq.

***

Güləşçimiz dörddəbir finalda Polşa idmançısına qalib gələrək yarımfinala yüksəlib.

Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevlə görüşəcək.

***

Şərif Şərifov yarımfinalda  Abdulrəşid Sadullayevə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

***

Güləşçimiz Şərif Şərifov bürünc medal uğrunda görüşdə venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq “Rio-2016”nın mükafatçıları sırasında yer alıb.

Bununla da komandamızın hesabındakı medalların sayı 14-ə çatıb.

Gununsesi.info