Olimpiya kompleksləri kimə və hara məxsusdur? - ÖZƏL OLDUĞU BİLDİRLƏN KOMPLEKSLƏRƏ XƏRCLƏNƏN MİLYONLAR BU ARAŞDIRMADA

  • By admin
  • 08 Sentyabr 2016 14:11

azad

İdman və Gənclər naziri Azad Rəhimovun olimpiya komlepksləri ilə bağlı açıqlaması ictimaiyyətdə birmənali qarşılanmadı.  Hətta bəzi məqamlar rezonansa səbəb oldu. Məsələn, nazir qeyd edib ki, Beynəlxalq Bank bir çox Olimpiya Komplekslərini kredit girovuna qoyub.

HTML tutorial

Gənclər və idman nazirinin keçirdiyi mətbaut konfranslarında daim açıqlama verir ki, onların balansında olmayan olimpiya mərkəzlərinin fəaliyyətləri qənaətbəxş deyil.  Lakin durumu düzəltmək üçün hər hansı müdaxilə etməyə ixtiyarları da çatmır.

İndiyədək, olimpiya komplekslərinin iki qurumun balansında olduğu məlum idi; Milli Olimpiya Komitəsi (MOK) və Nazirliyin. Amma hazırda məlum olur ki, MOK-in balansında olan mərkəzlər, əslində, təsərrüfathesablı Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. Bir növ fəaliyyətləri özəldir, sərbəstdir.

Nazirin şok açıqlamasının arxasında duram məqamlar…

A.Rəhimov nazirlik əməkdaşlarının bəzi Olimpiya Komplekslərinə buraxılmdığını qeyd edib: “Dövlətin pulunun olmadığı vaxtlarda Olimpiya Komplekslərini digər strukturlar tikirdi. Məsələn, Qubada, Şamaxıda, Qazaxda olan mərkəzlər bizim balansımızda deyil, Salyandakı kompleksi “Nurgün Motors”, Masallıdakını“Azpetrol” tikib, daha 3 obyekt Beynəlxalq Bankdadır.

Nazir əlavə edib ki, bu komplekslərinnazirliyə verilməsi məsələsi qalxan zaman məlum olub, Beynəlxalq Bank bu komplekslərin adına da kredit götürüb.

Nazir onu da vurğulayıb ki, Gəncə Olimpiya kompleksi nazirliyin artıq balansına keçib, Lənkəran kompleksini söküb yenidən tikəcəklər, Bərdə və Maştağa kompleksləri dəötürülmə mərhələsindədir. A.Rəhimov deyib ki, komplekslərdən əl dəyişdiribmiş, biri hətta Hollandiya şirkətinə məxsus olub.

Doğrusu, illərdən bəri susan Nazirliyin birdın-birə belə şok açıqlamalar verməsi, bir qədər təəccüb doğurur. Təəccüb doğuran məqamlara isə bir-bir aydınlıq gətirməyə çalışacağıq.

Özəl olimpiya mərkəzləri hardan meydana çıxdı?

Əvvəla, hazırda respublika ərazisində 50-yə yaxın olimpiya-idman  kompleksi fəaliyyət göstərir. Onların bir qismi tikilmək üzrədir. Indi belə mərkəzlərinin hansının kimin balansında olduğu bəlli deyil. Maraqlıdır ki, özəl şirkətlər indiyədək bunu kommersiya sirri olaraq saxlayırdı. Hətta ictimaiyyət ölkədə özəl olimpiya mərkəzlərinin olmasından xəbərsiz idi. Doğrudur, qeyri-rəsmi olaraq hansı mərkəzin tikintisinin hansısa məmura tapşırıldığı yazılırdı. Amma bunlar rəsmi şəkildə heç vaxt ictimaiyyətə açıqlanmayıb. Məsələn, “Azpetrol” MMC özü belə rəsmi saytında bu haqda bir kəlmə belə qeyd etməyib.

Gənclər vəİdman Nazirliyinin balansında olanları büdcə xərcləmərindən görmək olur. Nazirlər Kabinetinin İdman və Gənclər Nazirliyinin balansında olmayan, təsərrüfathesablı qurumların siyahısında bunu ayırd etmək mümkündür. (http://e-qanun.az/alpidata/framework/data/22/c_f_22646.htm#_edn2) . Maraqlıdır ki,  Milli Olimpiya Komitəsi (MOK)və digər dövlət təşkilatları tərəfindən tikilən Olimpiya Komplekslərinin də hamısıdövlət büdcəsi hesabına reallaşıb. Amma siyahıdan görünür ki, onlar  müstəqil olaraq fəaliyyət göstərir. Onların əksəriyyəti 2000-ci ilk on illiyində təhvil verilib. Təəssüf ki, xərclərin hamısını tapmaq mümkün olmadı.

Özəl şirkətlərin tikdiyi Olimpiya Kompleksləri dedikdə isə, indi A.Rəhimovun açıqlamasından aydın olur ki, onlardan 3-nü Azərbaycan Beynəlxalq Bank tikib. Həmun bankın 51 faiz səhm paketi isə dövlətə məxsusdur. Həmin komplekslərin tikintisinə ayrılan kreditlər isə geri qaytarılmayıb. Bu haqda bir qədər sonra məlumat verəcəyik.

 

olimp

 

Dövlət büdcəsi hesabına tikilən “özəl” olimpiya mərkəzlərinə nə qədər pul xərclənib?

Gununsesi.info ölkədəki olimpiya komplekslərinin vəziyyəti və onlara çəkilən xərclərlə bağlı qısa bir araşdırma aparmağa çalışıb.

Belə ki, paytaxtda Bakı, Maştağa, Hövsan və Sərhədçı Olimpiya Mərkəzləri fəaliyyət göstərir. Bunlarla bağlı dövlət büdcəsində heç bir məlumat yoxdur. Halbuki onlar (Bakı və Sərhədçi Olimpiya Mərkəzlərini çıxmaq şərti ilə) MOK-un balansında olan mərkəzlər kimi təqdim edilirdi. NazirlərKabinetinin siyahısında Bakı və Hövsandakı mərkəzlər təsərrüfathesablı MMC olaraq təsdiq edilib.

– Masallıdakı Olimpiya Kompleksini  Azad Rəhimovun açıqlamasından məlum olur ki, “Azpetrol” inşa edib. Qeyd edək ki, “Azpetrol” keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşına məxsus idi. Olimpiya Kompleksinin bünövrəsi 2004-cü ildə qoyulub və prezident də iştirak edib. Həmin vaxt Fərhad Əliyev nazir idi, eyni zamanda MOK-in üzvü idi. Demək, hökumətin “özəl şirkət” dedikləri obyekt,əslində, hansısa məmurlara tapşırılan sifarişlərdir.  Mətbuatda gedən məlumatlara əsasən, mərkəz 16 milyon manata başa gəlib.

İdman Kompleksi 2007-ci il aprelin 9-da istifadəyə verilib. Kompleksdə 700-dən çox tamaşaçı yeri olan böyük salona malikdir. Kompleksin 3 mərtəbəli binasının ümumi sahəsi 6 min 230 kvadratmetrdir.

– Eyni regionda yerləşən Lənkəran Olimpiya İdman Kompleksinin əvvəlki  binası 2003-cü il oktyabrın 9-da istifadəyə verilmişdi.  Ümumi sahəsi 9,2 hektar olan Kompleksinən böyük zalında tamaşaçı tutumu 2240 nəfərlik idi. Bu binanın xərci barədə məlumat tapmaq mümkün deyil.  2013-cü ildə qəzalı vəziyyətini əsas gətirib kompleks söküldü. Hazırkı binanın smeta dəyəri məlum olmasa da 2013-2014-cü illərdə 3 milyon manat ayrılıb. Təəssüf ki, 2015-ci ilin investisiya xərclərini əldə edə bilməmişik. Amma maraqlıdır ki, 2016-cı ilin investisiya xərclərindəİdman və Gənclər Nazirliyinə heç bir vəsaitin ayrılması  nəzərdə tutulmayıb, eləcə də adıçəkilən bu idman mərkəzi üçün heç bir maliyyə ayrılmayıb.  Bu səbəbdən kompleksin tikintisinin davam etdiriləcəyi bundan sonra hökumətin maliyyə durumundan asılı olacaq.

– Həmin regoanda yerləşən iki olimpiya kompleksini – Astara və Cəlilabadı Mega Holding inşa edib. Hər ikisi dəİdman və Gənclər Nazirliyinin tabeliyində deyil, təsərrüfathesablıdır, yəni özəl hesab edilir. Lakin bu “özəl” obyektlərin tikintisi dövlət büdcəsi hesabına başa gəlib.

Astara rayonu Mərkəzi Olimpiya Mərkəzinin tikintisi üçün 2006-2012- cil illərərzində 12.6 milyon manat xərcləyib. Ərazisi 5 hektar olan kompleksin  936 nəfərlik böyük idman zalı var.

Cəlilabad Olimpiya İdman Kompleksi Mega Holding tərəfindən inşa edilsə də, xərcləri dövlət büdcəsindən ayrılıb. 2007-2013-cü illər ərzində14.4 milyon manat xərclənib.

Daha sonra Şəki, Quba, Zaqatala, Şamaxı, Oğuz, Qax , Balakən vəİsmayıllı rayonlarında tikilən olimpiya –idman komplekslərinə nəzər yetirək.

– Qubadakı obyekti nəqliyyat naziri Ziya Məmmədova məxsus ZQAN Holding inşa edib.

– Şəki və Zaqatala şəhərlərində olimpiya idman komplekslərinin General Construction MMC-yə həvalə edilib. Və həmin mərkəzlər Beynəlxalq Bankın kreditləri hesabına tikilən və sonradan bankın əmlakına daxil edilən olimpiya kompleksləridir. Qeyd edək ki, General Construction ABB-nin qalmaqallı kreditorlarından sayılan Xəqani  Bəşirova məxsusdur.

– 4,5 hektar ərazidə yerləşən vəəsas korpusuna 575 tamaşaçı yerlik tribunaları olan Oğuz Olimpiya Kompleksinin tikintisinə 2005-2008-ci illər ərzində 6 milyon manatdan bir qədər çox xərclənib. Tikinti üçün sifarişi Gənclər və İdman Nazirliyi sifariş versə də, sonradan MMC-yə çevrilərək, təsərrüfatı müstəqilləşib.

– Tikintialtı sahəsi 6 min 498 kvadratmetr olan və 480 tamaşaçı yeri olan “Qax Olimpiya Kompleksi” MMCüçün isə 2007-2014-cü illərdə  15 milyon manat xərclənib. Oğuzla eyni regioanda yerləşən, hətta daha az tamaşaçı tutumuna malik  Qaxda Olimpiya Kompleksinin layihəsi 2 dəfədən çox baha başa gəlib. Bundan əlavə, mərkəzin açılışı 2013-cü ildə edilsə də dövlət büdcəsindən buraya 2014-cü ildə də vəsait ayrılıb.

– “İsmayıllı OlimpiyaKompleksi”nin ümumi sahəsi 7,5 hektar, tamaşaçı tutmu isə 510 yerlikdir. Rəsmi açılış 2009-cüu ildə olsa da 2010-cu ildə də buraya vəsait ayrılıb.Təqribən 12.6 milyon manat xərclənib.

– Balakən Olimpiya İdman Kompleksi də nazirlik tərəfindən sifariş verilsə də, hazırda təsərrüfat hesablıdır. Ümumi ərazisi 5 hektar,  940 nəfər yerlik futbol meydançası olduğu göstərilir. 2008-2011-ci illər ərzində obyektin smeta dəyəri 7.8 milyon manat tutub.

– “Qəbələ Olimpiya Kompleksi” MMC isə 11 milyon manata başa gəlib.2011-ci ildə açılışı olsa da, büdcədən 2012-ci ildə də vəsait ayrılıb. Bu nəhəng idman qurğusunun inşası 4,3 hektar torpaq sahəsinə başa gəlib, 1540 nəfərlik tamaşaçı stadionu var.

– Xaçmaz İdman Kompleksi də MMC kimi müstəqil fəaliyyət göstərən qurumdur. 6 ha ərazidə tikilən bu kompleksin istifadəsi 2012-ci ildə başlansa da, 2013-cü ildə də büdcədən pul almalı olub. Kompleks dövlət üçün nə az, nəçox 13.2 milyon manata başa gəlib.

Qazax, Gəncə, Bərdə, Şəmkir, Göy-göl,  Tovuz olimpiya komkplekləri arasında yalnız ikisinin xərci barədə açıqlama verilir.

Qazax Olimpiya Mərkəzi Beynəlxalq Bankın krediti əsasında “General Construction” MMC tikib.Azad Rəhimovun “girov qoyulub” dediyi obyektlərdən biridir.

– “Göy-göl Olimpiya İdman Kompleksi” MMC 6 ha əraziyə malikdir.1300 nəfər tutumluq tamaşaçı stadionu var. Təəssüf ki, stadionunun 2015-ci ildəki xərclərini tapa bilmədik.2010-2014-cü illər ərzində isə 18.3 milyon manat xərclənib.

– “Tovuz Olimpiya İdman Kompleksi” MMC-yə gəlincə, 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir.

Ən böyük stadionu 710 tamaşaçı yerinə malikdir.2007-2011-ci illər əzində tikilən obyektə dövlət büdcəsindən 12.5 milyon manat ayrılıb.

– “Şəmkir rayon Olimpiya İdman Kompleksi” 9.2 milyon manata başa gəlib.

Biləsuvar , Kürdəmir, Yevlax, Sabirabad, Şirvan, Ağdaş, Füzulidə və Göyçay inşa olunan olimpiya komplekslərinə gəlincə, burada maraq doğuran məqamlar var.

– KürdəmirOlimpiya İdman Kompleksi” MMC 5,5 hektar sahədə yerləşən ərazidə inşa olunub.  2006-2008-ci illər ərzində bu mərkəzin tikintisi dövlət büdcəsinə 7.3 milyon manata oturub.

– Sabirabad Olimpiyaİdman Kompleksi də təsərrüfathesablı müəssisə hesab olunur.Halbuki tikintiyə sifarişi Gənclər vəİdman Nazirliyi verib və bu məqsədlə büdcədən 6.3 milyon manat ayrılıb. Ümumi sahəsi 6,4 hektar olan kompleksin əsas korpusunda tamaşaçı tutumu 600 nəfər olan idman zalı mövcuddur.

– Eyni situasiyanıŞirvan Olimpiya Kompleksinə də aid etmək olar.6 hektarlıq ərazidə inşa edilmiş vəözəl qurum kimi fəaliyyət göstərən Şirvan Olimpiya İdman Kompleksi Azərbaycanın ən böyük idman mərkəzlərindən biridir. 2013-cü il iyulun 1-də istifadəyə verilsə də, 2014-cü ildə də vəsait ayrılıb.

2010-2014-cü illər ərzində bu idman qurğusunun tikintisinə 17 milyon manat xərclənib.

– Ağdaş Olimpiya Kompleksi dəİdman bə Gənclər Nazirliyinin balansında olmayan, öz təsərrüfatı ilə fəaliyyət göstərən dahabir Məhdud Məsuliyyətli Cəmiyyətdir.Halbuki obyektin tikintisi Nazirliyin sifarişi əsasında “AzəriStar” MMC həyata keçirib və bu məqsədlə büdcədən 2006-2010-cu illər ərzində 13 milyon manat xərclənib.

– Nazirliyin balansında olan Yevlax  Olimpiya İdman Kompleksinin tikintisinə isə 2014-cü ildə start verilib və ilkin olaraq 500 min manat ayrılıb. Lakin 2016-ci ilininvestisiya xərclərində bu istiqamətdə hər hansı bir vəsaitin ayrıldığı görünmür. Görünür, hökumət  idman qurğusunun inşasını ya müvəqqəti ertələyəcək, ya da digər komplekslər kimi hansısa məmura məxsus şirkətə tapşıracaq.

– Göyçay Olimpiya İdman Kompleksi təsərrüfathesablı Məhdud Məsuliyyətli Cəmiyyətdir, yəni Nazirlikdən kənar özəl fəaliyyət göstərir. Halbuki onun tikintisinəGənclər vəİdman Nazirliyinin sifarişi ilə2006-2010-cu illərdə 13,8 milyon manat xərclənib. Böyük zalın tamaşaçı tutumu 635 nəfərdir.

Bundan başqa Nazirliyin sifarişi ilə tikilən, lakin özəl təsərrüfat olaraq fəaliyyət göstərən olimpiya kompleksləri arasında Qobustan, Şağan, Hövsan, Sumqayıt, İmişli, “Kür” kimi MMCləri göstərmək olar.

Qobustan İdman Kompleksi 2013-cü ildə istifadəyə verilib.5 hektarlıq ərazidə yerləşən kompleksdən böyük stadionu 900 nəfər tamaşaçı tutumludur.Dövlət büdcəsindən buraya 2008-2012-ci illərdən 5.6 milyon manat ayrılıb.

Şağan qəsəbəsində Olimpiya İdman Mərkəz 8.2 milyon manata başa gəlib.

Sumqayıtdakı idman kompleksinə 2006-2012-ci illər ərzində 15.7 milyon manat xərclənib.

“İmişli Olimpiya İdman Kompleksi” MMC 13 milyon manata başa gəlib.

Nazirlik üçün tikintisi gedən komplekslərə pul ayrılması dayandırılıb

İdman və Gənclər Nazirliyinin olimpiya komplekslərinə çəkilən xərclərə gəlincə, bunlar aşağıdakılardır.

Abşeron Olimpiya Komleksinin tikintisi davam edir. Əldə etdiyimiz investisiya xərclərində  2012-2014-cü illər üzrə 5.5 milyon manat ayrıldığı göstərilib. 2015 və 2016-ci illərin xərci isə məlum deyil.

Ağcabədi Olimpiya Kompleksi də 2012-2014-cü illər ərzində 3.5 milyon manat xərclənib və tikintisi hələ də davam edir.

Tərtər və Neftçala Olimpiya Kompleksiləri də hələ ki, büdcədən hərəsi 2 milyon manat udub və burada da işlər davam etməkdədir.

Goranboy Olimpiya Kompleksi 6 milyon, Daşkəsən Olimpiya İdman Kompleksi 2.7 milyon manat büdcə vəsaiti xərclənib və bu xərclər artmaqdadır.

Qeyd edək ki, sözügedən komplekslərin titkintisi davam etsə də, 2016-ci ildə hər hansı bir vəsaitin ayrıldığı görünmür.Bu səbəbdən ölkədə iqtisadi durğunluq uzun müddət davam edəcəyi təqdirdə həmin obyektlərin aqibətinin necə olacağı sual altındadır.

Nəticə…

Olimpiya kompleksləri ilə bağlı bir neçə məqamı diqqətdən qaçırmaq istəməzdik.

Birincisi, dövlət büdcəsi hesabına tikilən və İdman və Gənclər Nazirliyi tərəfindən sifarişi verilən həmin obyektlər təsərrüfathesablı olsa da, faktiki olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən idarə olunur.Hətta icra hakimiyyətinin başçılarıidman mərkəzlərini təyinatına uyğun olmayan istiqamətlərdə istifadə edir.

İkinci məqam isə bunlar MMC olaraq müstəqil fəaliyyət göstərirlərsə, demək ki gəlirləri var. Həmin gəlirlər hara gedir, ondan vergi ödəyirlərmi?Nazirlik nə qədər açıqlama versədə ki, olimpiya komplekslərində məşqlər pulsuzdur, hər kəs bilir ki bu belə deyil.Əslində, nazirliyin bu açıqlaması mərkəzlərin vergidən yayındığını göstərir.Təbii ki, icra hakimiyyətləri nəzarət etdiyinə görə, gəlirlər də onların cibinə yönəldiyini ehtimal etmək çətin deyil.

Üçüncüsü isə, eyni regioanda yerləşən və təqribən eyni standartlarda tikilən mərkəzlərin smeta dəyərləri arasında kəskin fərqlərin yaranmasıdır.Bəzən bu fərqlərin 2-3 dəfə olduğunu görə bilirik.Haqlı olaraq ortaya sual çıxır ki,eyni regioanda

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info