Olimpiya mükafatçımız müharibəyə görə karyerasını bitirdi

  • By admin
  • 05 Mart 2022 23:04

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska karyerasını başa vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna əsilli idmançı İnstaqram hesabında paylaşım edib.

“Səbəblər var, amma indi onlar haqqında danışmağa hazır deyiləm. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm”, – idmançı qeyd edib.

Kindzerskanın müharibə səbəbindən bu addımı atdığı istisna olunmur.

Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.

Gununsesi.info