Oliqarx oteli atəşə tutmasının səbəbini açıqlayıb

  • By admin
  • 31 Avqust 2017 11:00
7
Qaldığı oteldə hər kəsə qorxulu anlar yaşadıb, oteli atəşə tutuan çeçen əsilli biznesmen Umar Cəbrayılov saxlanılıb. Bildirilir ki, törətdiyi cinayətə görə U.Cəbrayılovu 7 ilədək həbs gözləyir.
Gununsesi.info “kommersant”-a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan 59 yaşlı oliqarx Four Seasons otelindəki atışmanın səbəblərini açıqlayıb.
U.Cəbrayılovun sözlərinə görə, o avqustun 29-da gecə yarı otelə gəlib və  ona Daxili İşlər Nazirliyi tərəfindən verilən  pistoletini yoxlamaq qərarına gəlib. Hansı ki, bu pistolet 2004-2012-ci illərdə Rusiyanın DİN-i Raşid Nurqaliyev tərəfindən  mükafat kimi sənədlə verilib.
Oliqarx, sabiq senator uzun müddət silahdan istifadə etmədiyindən silaha baxarkən  bilməyərəkdən  bir neçə təsadüfi atəş açılıb.
Hadisə ilə bağlı biznesmenə qarşı xuliqanlıq hərəkətlərinə görə cinayət işinin açıldığı bildirilir.
Çeçen iş adamının otağına gələn polislər onun qaldığı otaqda ağ toz aşkar ediblər və onu ekspertizaya göndərib. Odur ki, iş admanı 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Eyni zamanda  oliqarx ona mükafat kimi təqdim edilən pistoletdən də məhrum ola bilər..
Bir sıra KİV orqanları o həbs edilən zaman  qışqırdığı və döyüşsüz  təslim olmayacağı barədə səslənən fikirlər də öz təsdiqni tapmayıb.  Belə ki, Cəbrayılov həbs olunan zaman özünü çox sakit və təmkinli aparıb. Polisə qarşı hər hansı müqavimət göstərməyib.
Moskva şəhər polis idarəsinin yayadığı məlumata görə, Cəbrayılov dindirildikdən və ondan şəhəri tərk etməmək barədə sənədə imza atıldıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, U. Cəbrayılovun tikinti biznesi ilə məşğul olduğu, eyni zamanda  Rusiya-Qətər işgüzar  şuranın rəhbəri, həmçinin Moskva müasir incəsənət muzeyinin şurasının fəxri rəhbəridir. 2004-2009-cu illərdə senator olub.
Gununsesi.info